Prezident İlham Əliyev bu gün Polşanın baş naziri Donald Tuskun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkə başçısı Azərbaycanla Polşa arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanın Polşa ilə əlaqələri müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyən dövlət başçısı baş nazirin ölkəmizə səfərinin əməkdaşlıq üçün yeni sahələrin müəyyən edilməsi, birgə fəaliyyət üçün əlavə tədbirlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Polşanın baş naziri Donald Tusk deyib ki, onun səfəri Polşa ilə Azərbaycan arasında iqtisadi sahədə konkret layihələrin müəyyənləşməsi və əlaqələrimizin daha da genişləndirilməsi baxımından səmərəli olacaq. Baş nazir ikitərəfli münasibətlərimizin Avropa Birliyi çərçivəsində genişlənməsinin əhəmiyyətini də vurğulayıb.
18:05 10/03 | 27 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Prezident İlham Əliyev Donald Tusku qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun