SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Boris Berezovski: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan kömək ummamalıdır”
Məşhur rusiyalı oliqarx Boris Berezovski Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan kömək ummamağa çağırıb.

“Panarmenian”ın məlumatına görə, B.Berezovski deyib ki, Rusiya hər zaman münaqişənin həllinə yönəlmiş səylərə mane olacaq.

“Rusiya “parçala və hökm sür” siyasətini yürütmək üçün münaqişəni daha da mürəkkəbləşdirməkdə maraqlıdır” – deyə mühacir siyasətçi qeyd edib. Onun sözlərinə görə, kifayət qədər təcrübə və təhsilə malik olmayan indiki rus siyasətçilərinin məqsədi yalnız Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə pul qazanmaqdır.

B.Berezovski bildirib ki, postsovet ölkələrinin və Rusiyanın maraqları bir-birindən kəskin şəkildə fərqlənir: “Qərb ölkələri özlərinin qısamüddətli maraqları ilə məşğul olduğundan, keçmiş SSRİ respublikalarının xalqları yalnız özlərinə güvənərək siyasi aktivlik və Rusiya istilasına qarşı dirəniş göstərməlidirlər”.
11:58 13/03 | 54 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Boris Berezovski: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan kömək ummamalıdır” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur