DİN-ə işə qəbulla bağlı və ARDNŞ-in təqaüdünü almaq üçün imtahan keçirildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası daxili işlər orqanlarına işə qəbulla bağlı imtahan keçirib.
Digər bir imtahan isə Neft Şirkətnin təqaüd proqramına uyğun olaraq bakalavr və magistirlar üçün keçrilib. Daxili işlər orqanlarına vakant yerlərə işə qəbulla bağlı 79 nəfərin namizədliyi qeydə alınıb. İmtahan iki hüquq və pedaqogika istiqaməti üzrə aparılır. İşə qəbulla bağlı keçirilən bu imtahan sayca 5-cidir. Namizədlər arasında oğlanlar çoxluq təşkil etsədə polis olmaq istəyən qızlar da var idi. Neft Şirkətinin təqaüd proqramına tələbələrin seçimi ilə bağlı keçirilən imtahanda isə 951 tələbə iştirak edirdi. Müsabiqə neft və qaz sahəsi üzrə gənc savadlı mütəxəssislərin yetişdirilməsi və tələbələrdə elmi-təcrübü biliklərə həvəsin artılması məqsədi daşıyır. Hər iki imtahan iki mərhələdən ibarətdir. Birinci mərhələdən keçən namizədlər ikinci tura – müsahibə mərhələsinə vəsiqə qazanacaqlar.
15:14 13/03 | 38 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
DİN-ə işə qəbulla bağlı və ARDNŞ-in təqaüdünü almaq üçün imtahan keçirildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun