SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Sabina Freyzer: “Erməni-türk münasibətlərinin normallaşdırılmasında başlıca maneə Azərbaycandır”
Sabina Freyzer İrəvanda Azərbaycanın əleyhinə danışıb.

"Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasında öz mənfəətlərini güdürlər. Ankara hesab edir ki, bu "qonşularla sıfır problem" siyasətinin reallaşdırılmasında növbəti addım olacaq. Həmçinin 1915-ci il olaylarının birgə tarixi komissiya vasitəsi ilə araşdırılması beynəlxalq aləmdə qondarma erməni soyqırımının tanınması prosesini ləngidəcək". Bu fikirləri İrəvanda keçirilən NATO-nun "RousRout" seminarında iştirak edən Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer səsləndirib. O, bildirib ki, Ankara ilə münasibətlərinin normallaşdırılması fonunda Ermənistan rəhbərliyi və diaspora nümayiş etdirəcək ki, nəhayət müstəqil siyasət yürütməyi bacarır. Lakin erməni-türk münasibətlərinin normallaşdırılmasında başlıca maneə tərəflərin özləri yox, Azərbaycandır: "Azərbaycanda əmindirlər ki, Türkiyə sərhədləri məhz Dağlıq qarabağ münaqişəsinə görə bağlayıb. Ermənistan nəzarətdə saxladığı torpaqlardan çıxmayınca isə bu sərhədlər açılmamalıdır. Türkiyə Ermənistanla danışıqlara başlayanda Bakının mövqeyini nəzərə almadan bu prosesi irəliyə doğru apara biləcəyini düşündü. Həmçinin bu məsələdə rəsmi Bakının elə kəskin reaksiya göstərəcəyini planlaşdırmırdı. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində türk ictimaiyyəti və müxalifətinin rəyi ilə oynaya bildi. Nəticədə rəsmi Ankara danışıqlarda Azərbaycanın mövqeyi ilə hesablaşmalı oldu. Xüsusilə, də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı".
16:39 13/03 | 45 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Sabina Freyzer: “Erməni-türk münasibətlərinin normallaşdırılmasında başlıca maneə Azərbaycandır” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur