SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
İtkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar beynəlxalq təşkilatlara 576 nəfər barəsində sorğu göndərildi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2009-cu ildə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barəsində sorğu göndərib.



Bu barədə Azərbaycan hökumətinin dövlət təhlükəsizliyi barədə Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Hesabatda qeyd olunur ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar bu quruma göndərilib. Aparılan araşdırmalar nəticəsində il ərzində itkin kimi qeydiyyatdan keçən 84 nəfərin taleyinə aydınlıq gətirilib, onlardan 29 nəfərin sağ olması, 35 nəfərin döyüşlərdə həlak olması və yaxınları tərəfindən tanınaraq dəfn edilməsi, 13 nəfərin adının siyahıda təkrar keçməsi, 7 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi müəyyənləşdirilib. Həmçinin daha 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi müəyyənləşdirilərək, adları müvafiq siyahıya salınıb. 2009-cu ilin sonuna olan məlumata görə, Azərbaycanda 4133 nəfər itkin düşüb, 1396 nəfər əsir və girovluqdan azad olunan şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 983 nəfərin “şəxsi işi” tərtib edilib.

 
17:44 13/03 | 40 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
İtkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar beynəlxalq təşkilatlara 576 nəfər barəsində sorğu göndərildi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur