SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
“İsveçdə qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilməsi hüquqi əsasları pozub”
“Osmanlı imperiyasında 1915-ci il hadisələrinin "soyqırım" olmasına dair hüquqi dəlillər yoxdur”- Çetil Elsbutangen

Norveçin Xarici İşlər Nazirliyi bildirib ki, qonşu İsveçdə qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilməsi hüquqi əsasları pozub. Norveç XİN-nin nümayəndəsi Çetil Elsbutangen Türkiyənin Cihan agentliyinə bildirib ki, Osmanlı imperiyasında 1915-ci il hadisələrinin "soyqırım" olmasına dair hüquqi dəlillər yoxdur.
ABŞ Konqresində "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən bir həftə sonra, İsveç Parlamenti də bir səs çoxluğu ilə qondarma "soyqırım"ı tanıyan sənədi təqdir edib.
İsveç Parlamentinin və ABŞ Konqresinin "soyqırım"a dair qətnaməni qəbul etməsinə etiraz əlaməti olaraq, rəsmi Ankara həmin ölkələrdəki səfirlərini geri çağırıb. Türkiyə XİN rəhbəri İsveç Parlamentinin qərarını səhv adlandırıb və əlavə edib ki, Türkiyə öz ünvanına səslənən ittihamlarla heç zaman barışmayacaq.
Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, 1915-ci il hadisələrini tarixi nöqteyi nəzərindən nəzərdən keçirtmək lazımdır.
"Həmin faciəvi hadisələr tarixi nöqteyi nəzərindən çox mühümdür, lakin onlar özündə siyasi yaxud hüquqi aspektlər cəmləşdirməməlidir", - Elsbutangen deyib.
Norveç XİN-nin nümayəndəsi qeyd edib ki, BMT-nin müqaviləsi və beynəlxalq hüquqi sənədlərə əsasən hər hansı bir əməlin törədilməsində təqsirləndirilmə nəzərdən keçirilməyə bilər.
 
18:00 13/03 | 51 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
“İsveçdə qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edilməsi hüquqi əsasları pozub” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur