SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Prezidentin imzaladığı əfv sərəncamının icrası bu gün başa çatdırılacaq
Azərbaycan prezidentinin Novruz bayramı münasibəti ilə imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

APA-nın xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsində cəza çəkən 3 məhkum azadlığa buraxılıb.

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, əfv sərəncamının icrası bu gün başa çatdırılacaq. İdarə rəisi ölkə prezidentinin növbəti humanist addımının məhkumlar tərəfindən sevinclə qarşılandığını deyib. F. Qurbanov bildirib ki, bu, 1995-ci ildən bəri imzalanan 47-ci əfv fərmanıdır. Bu fərmanlar ümumilikdə 5029 nəfərə şamil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Novruz bayramı münasibəti ilə martın 17-də imzaladığı əfv sərəncamı ilə 62 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilib. Sərəncam ümumilikdə 72 məhbusa şamil olunub.
12:11 18/03 | 70 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Prezidentin imzaladığı əfv sərəncamının icrası bu gün başa çatdırılacaq | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox CƏMİYYƏT
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: CƏMİYYƏT:
Naxçıvanda iki din xadiminin ölümü ilə nəticələnən qətl hadisəsi baş verdi


Xəbər Səsverməsi
Ortalama Xal: 0
Toplam Səs: 0

Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur