Eldar Mahmudov: “Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükədir”
“İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır”.
Azərbaycanın milli təhlükəsizlik naziri hesab edir ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində daim hücumda olmaq tövsiyəsinə uyğun olaraq, nazirlik bu istiqamətdə həm əməliyyat, həm də təbliğat işini daim gücləndirir. Bu sözləri milli təhlükəsizlik naziri Eldar Mahmudov “Azərbaycan” qəzetinə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə mənbəyi olaraq qalır, onun strateji əhəmiyyətli beynəlxalq layihələrin gerçəkləşməsinə maneçilik törətmək üçün pozuculuq fəaliyyətini genişləndirmək cəhdləri daim diqqət mərkəzindədir. Eldar Mahmudovun fikrincə, son vaxtlar Ermənistana qarşı informasiya mübarizəsi sahəsində nailiyyətlər əldə edilib: “İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır. Erməni terrorunun ifşasına, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərinə, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən materiallar, o cümlədən filmlər və videoçarxlar hazırlanaraq, ölkəmizin və dünyanın elm adamlarının, tanınmış ziyalıların yazdığı əsərlər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılır. Bu sahədə Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun apardığı ardıcıl və məqsədyönlü işlər də qeyd edilməlidir. Təkcə ötən il Ermənistanın təcavüzkar siyasətini ifşa edən və əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı onlarla adda toplu, kitab və videomaterialların kağız və elektron formatda olan 33 mindən artıq nüsxələri ölkədə və xaricdə yayılmışdır”.
12:59 19/03 | 83 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Eldar Mahmudov: “Ermənistan Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükədir” | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun