“Ermənilərlə bağlı sözlərim milli və beynəlxalq mətbuatda təhrif edilib”- R. T. Ərdoğan
“Bizə qarşı qərəzli addımların cavabı ağır olacaq”.
“Ölkəmizdə qeyri-leqal yaşayan və çalışan ermənilərlə bağlı sözlərim milli və beynəlxalq mətbuatda təhrif edilib. Xüsusən beynəlxalq mətbuat “qeyri-leqal” kəlməsini çıxararaq qalmaqal yaratmaq istəyir. “Erməniləri deportasiya etmək” ifadəsi ilə “qeyri-leqal erməniləri deportasiya etmək” ifadəsi arasında çox dərin fərq var”. “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatları rəhbərlərinin toplantısında çıxış edən R. T. Ərdoğan BBC-yə müsahibəsində ermənilər haqqında işlətdiyi fikirlərlə əlaqədar onu tənqid edənlərə cavab verib. Baş nazir onu üzr istəməyə çağıranlara səslənib: “Biz kimdən üzr istəyəcəyimizi bilirik. Siz kimin vəkilisiniz? Bizə insanlıq dərsi vermək istəyənlərə, qəzet yazarlarına səslənirəm: Siz öncə türk millətinə vəkillik edin! Bizim insanlıq anlayışımızı test etməyin. Biz Akdamar kilsəsini kimdənsə təlimat almadan, özümüz restavrasiya etdik. Ermənistanla hava əlaqəsi bizim vaxtımızda yarandı. Bizim erməni vətəndaşlarımızla heç bir problemimiz yoxdur”. R. T. Ərdoğan bir daha təkrarlayıb ki, tarix parlamentlərdə yazıla bilməz: “Tarixi öyrənmək istəyənlər arxivlərə girməli, ağla qaranı ortaya qoymalıdır. Bizə qarşı qərəzli addımların cavabı ağır olacaq”.
14:59 19/03 | 87 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
“Ermənilərlə bağlı sözlərim milli və beynəlxalq mətbuatda təhrif edilib”- R. T. Ərdoğan | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun