SİYASƏT

CƏMİYYƏT

İQTİSADİYYAT

MƏDƏNİYYƏT

DÜNYA

TEXNOLOGİYA

İDMAN

ŞOU-BİZNES

MÜSAHİBƏLƏR

  
Prezident İlham Əliyev gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etdi

Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilib.



Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Zavodun eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (və ya 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 “Caspian Max” tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanmışdı. Layihədə ARDNŞ 65, AİŞ 25, “Keppel Offshore & Marine” şirkəti isə 10 faizlik iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Prezident İlham Əliyev zavodun maketinə və monitorda layihə görüntülərinə baxdı. Dövlətimizin başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirib. Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeo mərasimdə çıxış edib. Sonra Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı töküb.

15:29 19/03 | 51 dəfə oxunub   0 qeyd yazılıb    Xəbəri çap et
Prezident İlham Əliyev gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.

Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun

 
Giriş
İstifadəçi

Şifrə

Qeydiyyat    Şifrənizi unutdunuz?

Əlaqədar Link
· Daha çox
· Xəbəri göndərən: 101_admin


Ən çox oxunan xəbər: :
Müdafiə Nazirliyi: Ermənistan vətəndaşının ailə üzvləriylə birgə Azərbaycana keçməsi ilə bağlı hərtərəfli araşdırma aparılır


Xəbər Səsverməsi
Ortalama Xal: 1
Toplam Səs: 1


Xahiş edirik bu xəbərə səs vermək üçün bir saniyənizi ayırın:

Əla
Çox Yaxşı
Yaxşı
Adi
Pis


  
©1997-2008 "Radio Antenn", e-mail: info@antenn.az
Ünvan: AZ1130 Bakı, Azadlıq pr., 189, Telefon: (+99412) 565-31-01
Bütün hüquqları qorunur