Prezident İlham Əliyev Corc Yonq-Bun Yeonu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Sinqapur arasında münasibətləri daha da inkişaf etdirmək üçün qarşılıqlı marağın və yaxşı potensialın olduğunu vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın perspektivlərini müzakirə etmək üçün Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeonun Azərbaycana səfərinin yaxşı imkan yaratdığını qeyd edib və əminliklə bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdirilməsi işinə xidmət edəcək. Azərbaycana səfər edən ilk sinqapurlu nazir olduğunu deyən Corc Yonq-Bun Yeo ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Sinqapur Prezidenti Sellapan Rama Natananın Azərbaycan Prezidenti İlham Əliyevi Sinqapura dövlət səfərinə dəvət edən rəsmi məktubunu dövlətimizin başçısına təqdim edib
17:22 19/03 | 77 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Prezident İlham Əliyev Corc Yonq-Bun Yeonu qəbul etdi | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun