Fransalı senator Natali Qule azərbaycanlı qaçqınlarla görüşdü
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü Natali Qule martın 19-da Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə birlikdə Bakının Nərimanov rayonunda qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yerə baş çəkib.
SAM-dan verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz tarixi torpaqlarından didərgin düşən insanların dözülməz şəraitdə yaşadığını görən senator deyib ki, artıq mövcud vəziyyətə göz yumulmasına son qoymağın və həmin insanlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vaxtı gəlib çatıb. O, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq istəklərində son dərəcə israrlı olmasından heyrətləndiyini bildirib. Senator qeyd edib ki, onlar bu hüquqların təmin edilməsini tələb edərkən sözsüz ki, haqlıdırlar. Çünki BMT də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən bu hüquqlar rəsmən tanınıb. Xanım Natali Qule Fransa Senatına və Xarici Əlaqələr Komissiyasına Qarabağın ermənilər tərəfindən işğal edilmiş ərazilərindən didərgin düşmüş azərbaycanlıların vəziyyəti ilə bağlı məlumatlar çatdıracağına söz verib.
18:37 19/03 | 56 dəfə oxunub 0 qeyd yazılıb Xəbəri çap et
Fransalı senator Natali Qule azərbaycanlı qaçqınlarla görüşdü | Hesab Aç/Yarad | 0 şərh
Şərhlər yazanlara aiddir. Daxilinə görə biz məsuliyyət daşımırıq.
Anonim istifadəçi şərh yaza bilməz, xahiş edirik üzv olun