Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

İcbari tibbi sığorta tətbiq olunan müəssisələrdə həkimlərin maaşı kəsilir?

İcbari tibbi sığorta tətbiq olunan müəssisələrdə həkimlərin maaşı kəsilir?

İcbari tibbi sığorta tətbiq olunan rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərin maaşlarından 40 manat tutulub.

 Bu barədə sosial şəbəkədə vətəndaşlar tərəfindən paylaşılan məlumatda qeyd olunub.

Vətəndaşlardan biri yazıb ki, icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarının artacağı deyilsə də, artım olmayıb: 

“Yanvarın 1-dən etibarən icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarında artım olacağı qeyd olunurdu. Amma tam əksinə, artım əvəzinə bu ay işçilərin maaşından 40 manat tutulub. Bununla bağlı heç bir açıqlama verilməyib. Bu gün dəfələrlə İTS-nin qaynar xətti ilə əlaqə saxlamışıq. Lakin telefonlarımıza cavab verən olmadı. Görəsən, İTS-nin baş verənlərdən xəbəri varmı? Maaşlardan tutulan məbləğlə bağlı tibb işçilərinə nə üçün açıqlama verilmir? Üstəlik, təhdid edirlər ki, kimin şikayəti varsa, özü gəlsin”. Məlumatla bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Agentlikdən bildirilib ki, həkimlərin aylıq maaşlarında (Vahid Tarif Cədvəli) azalma yoxdur: “Artıq xəstə qəbulu ilə bağlı normativlər tətbiq olunmadığından icbari tibbi sığorta əlavələrinin tətbiqi də ləğv edilib. Bu səbəbdən də həkimlərin gəlirlərində azalma müşahidə olunur. Həmin əlavələr isə faiz nisbəti ilə xidmətə görə, həvəsləndirici əlavələrdə öz əksini tapacaq. Hazırda xidmətə görə həvəsləndirici əlavələr verilmədiyindən ancaq həkimlərin aylıq maaşlarını (Vahid Tarif Cədvəli) və bəzi həkimlərin icbari tibbi sığorta əlavəsi alması yanlış anlaşılmaya səbəb olur. Həmçinin, bildiririk ki, pilot layihə dövründə icbari tibbi sığorta əlavələri dövlət dotasiyası hesabına verilirdi. Hazırda isə əməkhaqları icbari tibbi sığorta haqları hesabına maliyyələşir”. 

 

 

oxu .az

 

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi