Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncam Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədi daşıyır. 

Sərəncamda bildirilir ki, Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. Müasir dövrdə hər bir dövlətin Olimpiya hərəkatında iştirakı, onu təmsil edən idmançıların Olimpiya Oyunlarında göstərdikləri nəticələr ölkənin təkcə idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini nümayiş etdirir, beynəlxalq nüfuzuna təsir göstərir.

Azərbaycan idman ölkəsi kimi artıq beynəlxalq aləmdə geniş tanınır, respublikamızın idman sahəsindəki uğurlarını, Olimpiya və Paralimpiya hərəkatının inkişafına verdiyi töhfələri idman ictimaiyyəti yüksək qiymətləndirir. Son illərdə Azərbaycanda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 kimi irimiqyaslı yarışlar buna əyani sübutdur.

Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında böyük uğurla çıxış etmişlər. Azərbaycan Milli Olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş, 10 bürünc medal və Paralimpiya yığma komandasının XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş, 2 bürünc medal qazanması ölkəmizdə idmanın inkişafının və böyük potensiala malik olmasının parlaq təzahürüdür.

2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına və Yay Paralimpiya Oyunlarına hazırlıq işlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Paralimpiya Komitəsi və müvafiq idman federasiyaları həyata keçirirlər.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi