Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

ÜST: Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb

ÜST: Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirib.

ÜST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən oxumağı məsləhət görüb. 

Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir: "Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".

Hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir:

- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;

- Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;

Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:

- Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu təkistifadəlik dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi