Bakı
10° Buludlu
Non-Stop music
İndi Efirdə 15:05 - 16:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8941 AZN

Ərdoğanın Azərbaycana səfəri başladı

Ərdoğanın Azərbaycana səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.  

Dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı hava limanında Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turqaner ilə digər rəsmi şəxslər qarşılayıb.

Prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ətraf Mühit naziri Murat Kurum, Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez, Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Xəzinə və Maliyyət naziri Berak Albayrak, Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan daxildir. 

R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.

Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb

Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi