Azərbaycanın şimalında qarın hündürlüyü 36 sm-ə çatdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.
Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, Daşkəsən, Yevlax, Xaçmazda 25, Ağstafada 22, Altıağacda 21, Şəmkir, Şəki, Beyləqan, Xınalıq, Nabran, Şahdağ, Naxçıvanda 20, Gədəbəydə 19, Zaqatala, Şamaxı, Yardımlı, Qəbələdə 18, Lerik, Salyan, Ağsu, Sabirabadda 17, Kişçay (Şəki), Oğuzda 16, Xaltan, Şərurda 15, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 18-23, arabir 25-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.
Fevralın 25-də Xaltanda 12, Daşkəsəndə 10, Qubada 9, Qrızda 8, Gədəbəy, Altıağacda 7, Göygöl, Qusarda 6, Mərəzədə 4, Şahdağ, Şamaxı, Sarıbaşda 3, Lerik, Xınalıqda 2, Kişçay, Ağdərədə 1 mm qar yağıb. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Qrızda 36, Şahdağ, Xınalıqda 30, Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 25, Daşkəsəndə 15, Xaltanda 12, Gədəbəydə 10, Altıağacda 8, Qubada 7, Göygöldə 5, Qusarda 4 sm olub.
Astarada 5, Lənkəran, Şabranda 3, Ağstafada 2, Naxçıvan, Ordubad, Sədərək, Gəncə, Tovuz, Balakən, Sabirabad, Cəfərxan, Qazıməmməd, Bakıda və Abşeron yarımadasında 1 mm yağış yağıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 2-7, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta təşkil edib.
Ən son xəbərlər

Prezident vətəndaşların hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Türkiyə boğazları hərbi gəmilər üçün bağlaya bilər

Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq - AYLIQ HAVA

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Kişilərə evlilik təklif edən 8 məşhur

Prezident Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib

NATO Türkiyəyə görə fövqəladə iclas keçirəcək

Ərdoğanın İdliblə bağlı keçirdiyi toplantı 6 saat çəkib

Rusiya MN: Türk hərbçilərini Rusiyaya məxsus təyyarələr vurmayıb

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

BMT-nin baş katibi: "İdlibdə dərhal atəşkəs elan edilməlidir"

Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlandı

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı

Körpə 350 saatlıq mübarizədən sonra virusa qalib gəldi -

"Eurovision 2020" təxirə düşə bilər

20 Yanvar dairəsində sıxlıq yaranıb
