Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

Hibrid matora malik ilk sərnişin gəmisi

Oxunub: 22
Hibrid matora malik ilk sərnişin gəmisi

Son zamanların gündəmi olan hibrid mühərrikləri haqqında çox eşidirik.  Bu texnologiyanın böyük nəqliyyat vasitələri üçün istifadə oluna biləcəyini təxmin belə etdəmidiyimiz halda, artıq hibrid gəmilərin istehsalına başlanıb.

"Antenn.az" "TED.az"-a istinadən xəbər verir ki, dünyanın hibrid batareyalı “MS Roald Amundsen”   sərnişin gəmisi artıq ilk səfərinə hazırlaşır. 500 sərnişin tutumu olan bu gəmi, sərt iqlim üçün də çox yararlıdır.

Norveçin “Kleven Yards” şirkəti tərəfindən istehsal olunan “MS Roald Amundsen”, hibrid matora malik ilk dəniz nəqliyyatıdır. Gəminin adı  Cənub Qütbünə ayaq basan ilk norveçli dənizçi Roald Amundsenin adı ilə bağlıdır. Biodizel yanacağı ilə işləyən bu gəmi, batareyaların işə salınması ilə birlikdə 60 dəqiqəyə qədər yol gedə bilər.

“MS Roald Amundsen”in ilk səfəri Norveçin Tromso şəhəri ilə ABŞ-ın Alaska əyaləti arasında olacaq. Şirkət, bu mühərriklər vasitəsilə yanacaq istehlakını azaltmaqla yanaşı, karbondioksit tullantılarının da 20 % azalacağını söyləyib.

“Kleven Yards”s şirkəti bundan başqa da hibrid gəmilər istehsalına başladığını bildirib.