Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

“Yevgeni Onegin” romanın ilk nəşri Londonda 580 min dollara satılıb

Oxunub: 21
“Yevgeni Onegin” romanın ilk nəşri Londonda  580 min dollara satılıb

Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie's” satış evinin Londonda keçirdiyi hərracda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsri” hərracında ümumilikdə 2,27 milyon funt-sterlinq gəlir əldə edildiyini bildirib.

1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.

Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.

Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərlər çıxarılıb.

Rus incəsənətinin nümunələri kolleksiyaçılar arasında ənənəvi populyarlığa malikdir. Belə ki, iyunun əvvəllərində Londonda təşkil olunan və “Christie's”, “Sotheby's”, “MacDougall's”, “Bonhams” satış evlərinin iştirak etdiyi rus incəsənəti nümunələrinin bahar hərracında əldə olunan gəlir 35,74 milyon funt-sterlinq (45 milyon dollar) təşkil etmişdi.