Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

Ulduz şəkilində inşa edilmiş dünyanın ən böyük hava limanı sentyabrda istifadəyə veriləcək

Oxunub: 28
 Ulduz şəkilində inşa edilmiş dünyanın ən böyük hava limanı sentyabrda istifadəyə veriləcək

Çinin paytaxtı Pekin şəhərinin mərkəzindən cənubda yerləşən yeni Dasin Beynəlxalq Hava Limanı 2019-cu il sentyabrın 30-dək istifadəyə veriləcək.

Bu barədə "Antenn.az" xarici mətbuata istinadən xəbər verir.

Yeni hava limanı ulduz şəklində inşa edilib. Bildirilir  ki, ulduz şəklində dizayn reyslərə qeydiyyatı və sərnişinlərin transferini sürətləndirməyə şərait yaradacaq. Belə ki, mərkəzi zona ilə minik üçün ən uzaq qapılar arasındakı məsafə maksimum 600 metrdir. Bu isə Asiya və Avropanın digər hava limanlarına nisbətən daha azdır. Dasində baqajın verilməsi də başqa hava limanlarına nisbətən daha sürətli olacaq.

Hazırda Dasinin infrastrukturunun tikintisi artıq başa çatıb. Açılış zamanı terminalın sərnişin buraxıcılıq qabiliyyəti ildə 45 milyon nəfər olacaq. 2025-ci ilə qədər bu rəqəmin 72 milyona çatdırılması planlaşdırılır.

Hava limanının  dünyanın ən böyük inteqrasiya nəqliyyat mərkəzi olacağı  güman edilir. Aeroportun inşa xərcləri 80 milyardyuan (13,1 milyard dollar) səviyyəsində qiymətləndirilir və bu, layihənin Çinin mülki aviasiya tarixində ən bahalı olduğunu göstərir.