Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

2019-cu ilin ən çox qazanan məşhurları

Oxunub: 24
2019-cu ilin ən çox qazanan məşhurları

“Forbes” jurnalı 2019-cu ilin ən çox qazanan məşhurlarını açıqlayıb.

"Antenn.az" xəbər verir ki, siyahının lideri  29 yaşlı Taylor Svift  “Reputation” albomuyla çıxdığı dünya turunda qazandığı 226,1 milyon dollarla ABŞ tarixinə düşüb. İfaçının albomu ilk həftəsində  2 milyondan çox satılıb. Amerikalı müğənni bir il ərzində 185 milyon dollar qazanıb.

2019-cu ilin ən çox gəlir əldə edən  ikinci məşhuru isə Kylie Jennerdir. O, son bir il ərzində 170 milyon dollar qazanıb.

İlk üçlüyü isə 150 milyon dollar qazanan Kanye Vest qapayır.

“Barselona”nın  futbolçusu Lionel Messi 127 milyon dollarlıq gəlirlə 4-cü, 110 milyon dollar qazanan ingilis sənətçisi Edvard Kristoper Şeeran isə beşinci pillədə yer alıb.

Qeyd edək ki, 100 nəfərlik siyahıda 38-i müsiqiçi, 34-ü isə idman aləminin nümayəndələridir.