Bakı
24° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

Daha bir ölkə plastik məhsullardan imtina edir

Oxunub: 42
Daha bir ölkə plastik məhsullardan imtina edir

Plastik məhsulların ətraf mühitə təsirinin azaldılmasına dair Avropa Parlamentinin və Şurasının 2019-cu il 5 iyun tarixli sənədi Monteneqronun hüquq sisteminə daxil ediləcək.

"Antenn.az" xarici mətbuata istinadla xəbər verir ki, sənəd birdəfəlik istifadə edilən plastik məhsulların bazara buraxılmasını qadağan edir və onun müddəaları “Tullantıların nizama salınması haqqında” yeni qanunla və müvafiq əlavə qanunlar vasitəsilə Monteneqronun hüquq sisteminə daxil ediləcək.

Qanun verilməsində məqsəd birdəfəlik istifadə edilən plastik məhsulların ətraf mühitə, xüsusilə də dəniz və insan sağlamlığına mənfi təsirini məhdudlaşdırmaqdır.