Bakı
22° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9162 AZN

Adriana yazar sevgilisini türk iş adamına dəyişdi

Oxunub: 14
Adriana yazar sevgilisini türk iş adamına dəyişdi

Türkiyənin tanınmış yazarı Metin Haradan ayrılan dünyaca məşhur model Adriana Lima iş adamı Emir Uyarla münasibətə başlayıb.  "Antenn.az" “Qafqazinfo" -ya istinadla xəbər verir ki, braziliyalı model qısa fasilədən sonra biznesmenlə sevgili olmaq qərarına gəlib. 

Onlar bir neçə gündür ki, Mikonos adasında istirahətdədirlər.  Cütlük Venesiyaya yaxta ilə səyahət zamanı əl-ələ paparrassilər tərəfindən görüntülənib. Səmimi fotolar dünya mətbuatında əks olunub.  

Qeyd edək ki, 38 yaşlı Adriana basketbolçu Marko Jaric ilə evli olub (2006-2016). O, ərinin xəyanətindən sonra boşanıb və Metinlə tanış olub. Cütlük 1 il yarım sevgili olduqdan sonra ayrılıblar